“Ermənistan iyulun 12-də dövlət sərhədinin Tovuz rayonu istiqamətində növbəti təxribat törədib”.
Unikal.org xəbər verir ki, bunu Milli Məclisin Sədri Sahibə Qafarova deyib.
Onun sözlərinə görə, Ermənistanın bu təxribatının qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınıb, düşmənə adekvat cavab verilib: “Döyüşlər zamanı hərbi bölmələrimizin cavab tədbirləri nəticəsində düşmən böyük itkilər verərək geri çəkilməyə məcbur edilib”.
Döyüşlər başladığı andan Azərbaycan xalqının birmənalı olaraq Ali Baş Komandan, Prezident İlham Əliyevin yanında olduğunu nümayiş etdirdiyini bildirən S.Qafarova vurğulayıb ki, Azərbaycanın qüdrətli ordusu düşmənin bundan sonra da istənilən təxribatının qarşısını almağa hazırdır.