Nigeriyanın şimalında, Kaçina ştatında əldəqayırma bomba partlayıb.
Unikal.org xəbər verir ki, bu barədə “Punch” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, bir qrup şəxs heyvanlar üçün ot yığmağa gedərkən onlardan kimsə bombaya toxunub.
Bombanın partlaması nəticəsində 7 nəfər hadisə yerində ölüb, 5 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Yerli polisin nümayəndəsi faktı təsdiqləyib.