Hindistanın Assam ştatında baş verən daşqınlar nəticəsində ölənlərin sayı 79 nəfərə çatıb.
Unikal.org xəbər verir ki, bu barədə “The Times of India” ölkənin Yerli Fəlakət İdarəetmə Agentliyinə (ASDMA) istinadən məlumat yayıb.
Agentliyin hesabatında qeyd olunur ki, Hindistanın böyük Brahmaputra çayında suyun səviyyəsi bir neçə ərazidə kritik səviyyədən yuxarı qalxıb.
Qeyd olunub ki, azı 2 678 kənd su altında qalıb, 3 milyona yaxın şəxs isə fəlakət zonasındadır.
Hökumət bu günə qədər 649 müvəqqəti yaşayış düşərgəsi açıb. Bundan başqa, Kaziranqa Milli Parkında 96 heyvan boğularaq ölüb.