Millət vəkili Nurlan Həsənov Tovuzda erməni təxribatının qarşısını alarkən yaralanan əsgəri müalicə aldığı xəstəxanada ziyarət edib.

Bu barədə Unikal.org-a millət vəkilinin özü məlumat verib. N.Həsənov həmçinin, Ermənistan ordusu tərəfindən açılmış artilleriya atəşi nəticəsində həlak olan kənd sakini, 76 yaşlı Əziz Əzizovun evində olub:

"Bugün Şəmkirdə seçki dairəmdə yerləşən Hərbi xəstəxanada yaralı əsgərimizi, Təbrizi ziyarət etdim! Təbriz ön cəbhədə şəhid Polad Həşimovla eyni yerdə çiyin-çiyinə döyüşüb! Ən böyük arzusu tezliklə sağalıb ön cəbhəyə geri qayıtmaqdır! Təbrizin danışdıqları mənə tam səmimi deməyə əsas verir ki, Azərbaycan ordusunda çox Poladlar, Mübarizlər, Vüqarlar var! Sadəcə biz onların adlarını eşitməmiş ola bilərik! Ermənistan ordusu dəstəyi olmasa bir gündə bizim ordunun qarşısında dayana bilməz! Əmin olun!

Bugün eyni zamanda Tovuzun Ağdam və Dondar quşçu kəndlərində, Ermənistanla birbaşa təmas nöqtəsində oldum! Sərhəddə 0 nöqtəsinə qədər getdim! Yerində olanları görmək əmin olun insana tamam başqa hiss etdirir! Mən nə edə bilərəm ki, daha çox kömək edə bilim deyə düşünürsən! Həqiqətən boşuna deyilməyib “Vətən sərhəddən başlayır”! Bəzilərimiz üçün bəlkədə məhz vətəni sevməkdə sərhəddən başlayar!

Şəkildə gördüyünüz mərmi Ermənistan ordusu tərəfindən açılmış artilleriya atəşi nəticəsində həlak olan kənd sakini, 76 yaşlı Əziz Əzizovun evində tapılan düşmən mərmisidir! Özümlə götürdüm, Paşinyana çox tərif deyənlərə göstərmək üçün!”

Gülayə Məcid