İran tüməni ABŞ dolları qarşısında kəskin ucuzlaşıb.
Unikal.org xəbər verir ki, sərbəst bazarda dolların satış məzənnəsi 25 min 500 tümən olub.
İranda 1 avro isə bahalaşaraq 29 min 145 tümənə yüksəlib.
Qeyd edək ki, cari ilin yanvar ayında 1 ABŞ dolları 13 min 350 tümən olub. Buna görə, İran valyutası ilin əvvəlindən bu yana dollar qarşısında 91 faiz dəyər itirib.