Ermənistanda son sutka ərzində daha 415 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Unikal.org “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 34 min 877 nəfərə çatıb.

Son sutkada 10 xəstə ölüb. Pandemiya qurbanlarının sayı 641 nəfərdir.