Yeni tip koronavirus bəşəriyyəti diz çökdürdü.

Unikal.org xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş deyib.

“Karantin rejimi insanların görməzdən gəldiyi problemləri ortaya çıxartdı. Buraya səhiyyə sistemindəki zəif nöqtələr, sosial müdafiədə çatışmazlıqlar, struktur bərabərsizliyi, ətraf mühitin məhv olması və iqlim böhranı aiddir.

Bundan başqa, Yer kürəsi II Dünya müharibəsindən bu yana ən böyük durğunluqla qarşı-qarşıyadır. Yüz milyonlarla insan aclıq çəkə bilər”, - baş katib bildirib.