Kanadanın Ontario əyalətində 73 yaşlı kişi supermarketdə maska taxmaqdan imtina etdikdən sonra polis tərəfindən güllələnib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, kişinin ondan maska taxmasını tələb edən market işçisinə hücum etdiyi qeyd olunur.
Zorla küçəyə çıxarıldıqdan sonra həmin şəxs öz avtomobilinə minərək bir neçə əməkdaşı vurmaq istəyərkən supermarketə çırpılıb.
Daha sonra hadisə yerini tərk etməyə çalışsa da, polis onun izinə düşərək evinə kimi gəlib.
Aralarında yaranan münaqişə nəticəsində iki polis ona atəş açıb. Yaralı şəxs xəstəxanada vəfat edib.
Ontarionun polis serjantı Ceyson Folts kişinin mağazada maska taxmaq istəmədiyini, daha sonra ona xidmət göstərməkdən imtina edən supermarket işçisinə hücum çəkdiyini təsdiqləyib.