Bazarda, dükanların birində sancısı tutan qadın oradan qaçaraq, ayaqyoluna girib və uşaq dünyaya gətirib. Sonra isə yeni doğulan körpəni polietilen paketə qoyaraq, satış pavilyonlarının yanına tullayıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Rusiyanın Stavropol diyarında baş verib.
Bildirilir ki, hamilə qadının hərəkətindən şübhələnən və onu izləyən satıcılardan biri uşağı tapıb və dərhal təcili tibbi yardım xidmətinə zəng edib. Həkimlərin vaxtında müdaxiləsi sayəsində körpənin həyatını xilas etmək mümkün olub.
Hüquq-mühafizə orqanlarının əməkdaşları müşahidə kameralarının köməyi ilə qadının kimliyini müəyyən ediblər.
“Uşağı əlimdə tutanda anladım ki, o, mənə lazım deyil və bu yolla ondan qurtulmaq istədim”, - deyə, qadın ifadəsində bildirib.
O, “ananın yeni doğulmuş körpəni öldürməyə cəhdi” maddəsi ilə təqsirli bilinərək iki il müddətinə azadlıqdan məhrum edilib.