Latın Amerika ölkəsi Braziliyada koronavirus pandemiyasından ölənlərin və yoluxanların sayı durmadan artır.

Unikal.org xəbər verir ki, Braziliya Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saatda 921 nəfər pandemiyanın qurbanı olaraq, ümumi həyat itkisi 78 772 nəfərə çatıb. Bundan əlavə, son sutkada daha 28 532 nəfərdə koronavirus aşkarlanıb. 

Belə ki, ölkədə 2 74 860 nəfər virus daşıyıcısıdır.