Avstraliyanın Viktoriya ştatının rəhbərliyi tərəfindən qəbul edilən qərara əsasən, çərşənbə günündən etibarən Melburn şəhərində və Mitçell rayonunda ictimai yerlərdə tibbi maska taxmaq məcburi olacaq.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb koronavirusa yoluxanların sayının artmasıdır. Tibbi maska taxmayanlar 200 Avstraliya dolları məbləğində cərimə olunacaqlar.
Qeyd edək ki, son sutka ərzində Viktoriya ştatında 363 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.