Tvitter sosial şəbəkəsi müəllif hüquqlarının pozulması ilə bağlı şikayətdən sonra ABŞ Prezidenti Donald Trampın paylaşdığı videonu silib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hazırda video silinib, yerində isə müəllifin şikayəti əsasında silinməsi ilə bağlı məlumat qalıb.
“Müəllif hüquqları sahibləri və ya onların səlahiyyətli nümayəndələri tərəfindən bizə təqdim edilmiş müəllif hüquqları pozuntularının qanuni tələblərinə cavab veririk”, - Tvitterdən bildirilib.
Qeyd edək ki, Tramp “Linkin Park” qrupuna məxsus video paylaşmışdı. Qrupa məxsus “Machine Shop Entertainment” musiqi şirkəti isə müəllif hüquqlarının pozuntusu ilə bağlı şikayət etmişdi.