ABŞ Donanmasında xidmət edən baş çavuş Çarlz Briqqs Rusiyaya gizli məlumat ötürməkdə günahlandırılır.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Virginian-Pilot” qəzeti məlumat yayıb. Məlumata görə, Portsmut Dəniz Tibb Mərkəzində informasiya və texnologiya şöbəsində çalışan Çarlz Briqqs gələn həftə hakim qarşısına çıxacaq.
Ç.Briqqsə qarşı qaldırılan ittiham aktında onun 2018-ci ilin oktyabrından 2019-cu ilin yanvarına qədər dövlət təhlükəsizlik məlumatlarına çıxışı olduğu və Rusiya vətəndaşına məxfi məlumatlar ötürüldüyü qeyd edilib.