Xəbər verildiyi kimi Berlin şəhərində yaşayan Azərbaycan Ermənistan səfirliyinin qarşısında aksiya keçiriblər.  Almaniya Azərbaycanlıları Alyansının təşəbbüsü ilə təşkil edilən aksiyada 500-ə yaxın soydaşımız iştirak edib.

Alyansın idarə heyyətinin sədri Yaşar Musayev Unikal.org-un Avropa müxbirinə açıqlamasında bildirib ki, ölkə xaricində yaşayan hər bir azərbaycanlı dövlətimizin və ordumuzun yanındadır.

Y.Musayevin sözlərinə görə Berlində Ermənistan səfirliyinin önündə baş tutan aksiyada, qardaş Türkiyənin və digər ölkələrin diaspora nümayəndələri iştirak ediblər.

Həsən Babayev