ABŞ-da yeni növ koronavirusa yoluxanların sayı 3.7 milyon nəfərə yüksəlib.
Unikal.org "TASS"a istinadən verir ki, bunu federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Con Hopkins Universiteti bildirib.
Bildirilir ki, son sutkada ölkədə koronavirusa 63.7 min nəfər yoluxub. Ümumilikdə xəstəlikdən ölənlərin sayı 140 min, sağalananların sayı isə 1.1 milyon nəfər təşkil edir.