Sinqapurda dəhşətli cinayət hadisəsi baş verib.
Unikal.org xəbər verir ki, ana və ata 5 yaşlı övladına işgəncə verərək onun həyatına son qoyublar. Belə ki, azyaşlını pişik qəfəsinə qoyaraq 90 dərəcə qaynar su ilə işgəncə veriblər.
Daha sonra azyaşlının vəziyyətinin pisləşdiyini görən cani ata onu xəstəxanaya aparıb. Həkimlər 5 yaşlı uşağın bədənin 70 faizi yandığını bildirərək 3-cü dərəcəli yanıq diaqnozu qoyublar.
Hadisə yerinə polis cəlb olunub. Azyaşlının cəsədi tibbi ekspertizaya göndərilib. Sonda valideynlər uşaqlarına işgəncə verdiklərini etiraf ediblər. Hər iki valideynin bu hərəkəti ölkədə gündəm yaradıb. Ata və ana isə tutularaq polis bölməsinə gətirilib.
İlkin dindirilmə zamanı onlar cinayəti törətdiklərini etiraf ediblər. Hakim qarşısına çıxarılacaq ataya 27 il, anaya isə 28 il həbs cəzası gözlənilir.
Faktla bağlı araşdırma aparılır.