Bu gün daha 192 Azərbaycan vətəndaşı təyyarə ilə Rusiyadan ölkəyə gətirilib.

Unikal.org xəbər verir ki, Moskvanın "Domodedovo" hava limanında soydaşlarımız "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Moskva-Bakı reysi ilə vətənə yola salınıb. 

Qeyd edək ki, uçuş yerli vaxtla saat 16:00-a nəzərdə tutulsa da, yubanma baş verib. 
Moskvadan havaya qalxan təyyarənin saat 21:00-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enməsi nəzərdə tutulub.