Mübariz Əhmədoğlu: "Qafqaz regionunda gedən proseslər Azərbaycan və Gürcüstanı eyni istiqamətdə addım atmağa təhrik edə bilər"
11:54 06-12-2012
CƏMİYYƏT
Mübariz Əhmədoğlu: "Qafqaz regionunda gedən proseslər Azərbaycan və Gürcüstanı eyni istiqamətdə addım atmağa təhrik edə bilər"
"Cənubi Qafqazda, eləcə də ümumilikdə Qafqaz regionunda gedən proseslər Azərbaycan və Gürcüstanı eyni istiqamətdə addım atmağa təhrik edə bilər". Bunu Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
O qeyd edib ki, hər iki dövlətin bütövlükdə regionun məsuliyyətini öz üzərinə götürməsinin müzakirəsinin başlaması və hətta "Cənubi Qafqaz məsuliyyəti" adlı sənədin imzalanması faydalıdır.
Politoloqun fikrincə, "Cənubi Qafqaz məsuliyyəti" adlı müvəqqəti qurum da yaradıla bilər. Regionda neqativ proseslər başa çatdıqdan sonra bu qurum öz ömrünü başa vura bilər. Bu qurumu diktə edən şərtlər həm regiondanxaric, həm də regiondaxili amillərlə şərtlənir.
"Həm Azərbaycana, həm də Gürcüstana xaricdən təzyiqlər edilir və son zamanlar bu təzyiqlər intensivləşib. Gürcüstandakı hakimiyyət dəyişikliyi bu ölkəni qısa müddətdə xarici təzyiqlərin hədəfinə çevirdi. Regiondan kənar dini və s. təmayüllü qüvvələr aktivləşmişlər. Qərb uzun müddət Cənubi Qafqaz regionunda dini parametr üzrə bölgüçü siyasət aparıb", - Əhmədoğlu deyib.
O bildirib ki, indi İran daxil olmaqla bəzi müsəlman dövlətləri Azərbaycanda dini təsirləri gücləndirməklə məşğul olduqları kimi Gürcüstanda da bu işlə məşğuldurlar. Həm Qərbdən, həm Şərqdən gələn psixoetnokonfesional təzyiqləri cilovlamaq hədsiz vacibdir.
"Şimali Qafqaz Qərblə Rusiya arasında yenidən gərgin mübarizə meydanına çevrilir. 15-20 il bundan öncə Azərbaycan və Gürcüstanın Şimali Qafqazdan o qədər də böyük fərqi yox idi. Bu gün həm Azərbaycanın və Gürcüstanın itirməli şeyləri mövcuddur", - politoloq deyib.
O qeyd edib ki, Rusiyanın MDB məkanındakı inteqrativ layihələri müasir reallığa adaptasiya olunmuş SSRİ-nin yaradılmasına yönəldilib. Buna qarşı dayanmaq da ciddi əməkdaşlıq tələb edir.
Əhmədoğlu vurğulayıb ki, Ermənistan özünü region dövləti kimi aparmır. Mənşəyinə görə ermənilər Qafqaz xalqı olmadığı üçün bu regionun taleyi onu düşündürmür.
"1918-ci ildə olduğu kimi Ermənistanın fəaliyyəti region dövlətlərinin müstəqilliyinin itirilməsinə doğru yönəlib. Ermənistan həm Gürcüstan, həm Azərbaycana qarşı eyni münasibətdədir. Azərbaycanın torpağını işğal edən Ermənistanın Gürcüstanla bağlı susmasının yeganə səbəbi ondan ibarətdir ki, onun xarici aləmə çıxan kommunikasiya yolu Gürcüstandan keçir", - politoloq deyib.
Əhmədoğlu vurğulayıb ki, ermənilər Gürcüstanda antitürk, antiazərbaycan əhval-ruhiyyəsini qızışdırmaqla məşğuldurlar. Ermənilərin təbliği ilə gürcülərdə bu mövzuda xof yaranır. Guya türklər və azərbaycanlılar Gürcüstanın indiki vəziyyətindən istifadə edib onu öz nəzarətləri altına almaq istəyirlər.
"Azərbaycan Gürcüstanda gürcü etnosunun demoqrafik problemlərinə şərik çıxmalıdır. Gürcüstan hökumətinə gürcü etnosunun demoqrafik inkişafını stimullaşdırmaq konsepsiyası hazırlamaqla bağlı təklif edilməlidir. Azərbaycan tərəfi bu konsepsiyanın reallaşmasında gürcü hökuməti ilə bərabər iştirak etməlidir", - politoloq deyib.
Onun fikrincə, Gürcüstan Qarabağ probleminin həllində Azərbaycanla bərabər iştirak etməlidir. "Erməni aqressivliyi bitənədək Gürcüstan bütün vasitələrlə mübarizə aparmalıdır. Nəqliyyat blokadası, hərbi güc istifadəsi də bu addımların içərisindədir", - Əhmədoğlu vurğulayıb.
Fuad
Digər Xəbərlər
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 19:00:43
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27