2021-ci ilin yanvar ayında Belçikada keçirilməsi planlaşdırılan "MİSS 2021" gözəllik yarışmasının namizədləri bəlli olub.
Unikal.org xəbər verir ki, yarışmaya qatılan xanım namizədlərdən biri də əfqanıstanlı 19 yaşlı Mehida Kariminin həyatı olduqca diqqət çəkib.
Belə ki, Əfqanıstanda ailəsi tərəfindən zorla yaşlı kişiyə dördüncü arvadı olaraq nişanlandırılan Mehida, evlənməkdən imtina edib və Türkiyəyə qaçıb. Daha sonra mühacirət həyatı yaşayan yeniyetmə qız Belçikada sığınacaq tapıb. Zamanla bir çox yerlərdə çalışan Mehida yarışmaya qatılıb. Münsiflər tərəfindən bəyənilən gənc qızın "MİSS 2021" yarışmasında iştirakı yüksək qiymətləndirilib.