ABŞ-ın Texas ştatında 85 körpədə koronavirus infeksiyası qeydə alınıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Korpus-Kristi şəhərinin Səhiyyə İdarəsinin nümayəndəsi Annette Rodriqes bildirib.
“Bu körpələrin heç bir yaşı yoxdur. Xahiş edirəm, infeksiyanın yayılmasını dayandırmağa kömək edin”, – vətəndaşlara müraciətində o deyib.
Rodriqes yeni tip koronavirusun yayılmasını dayandırmaq üçün amerikalıları sosial məsafənin saxlanması qaydalarına riayət etməyə, tibbi maska taxmağa və imkan daxilində evdə qalmağa çağırıb.
Texasın qubernatoru Qreq Ebbott həmçinin vurğulayıb ki, tibbi maskalardan istifadə komendant saatının tətbiqindən imtinaya imkan verəcək.
Texasda COVID-19-a 317 730 yoluxma qeydə alınıb. Ştatda təhlükəli infeksiyadan 3 865 insan ölüb.