İranın Şərqi Azərbaycan əyalətinin mərkəzi Təbrizdə fabrikdə yanğın baş verib. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, İran dövlət televiziyasının verdiyi məlumata görə, Təbrizdə selofan fabrikdə partlayış olub. Partlayışdan sonra fabrikdə güclü yanğın çıxıb. Hadisə zamanı fabrikdə olan 4 işçi ağır yaralanıb. 

Hadisə yerinə aidiyyatı qurumlar və polis cəlb olunub. Yanğının baş vermə səbəbi araşdırılır.