Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 16 nəfər ölüb.
Unikal.org xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb.
Nazir bildirib ki, son 24 saatda 41 310 şübhəli koronavirus testindən keçib, onlardan 924-nin cavabı pozitiv çıxıb. Bu gün daha 997 xəstə sağalıb.