Türkiyəli məşhur iş adamı Əli Ağaoğlunun bahalı avtomobilini siçanlar yararsız hala gətirib.
Unikal.org xəbər verir ki, Bodrumda tətildə olan Əli Ağaoğlu işlə əlaqədar təcili İstanbula getməli olub. Belə ki, Bodruma şəxsi avtomobili ilə gələn Əli, İstanbula getmək üçün hava nəqliyyatından istifadə edib. Bu zaman Bodrumun Güllük səmtindəki tikinti sahəsinə 6 milyon lirəlik "Rolls Royce Phantom" avtomobilini park edib.
Ertəsi gün inşaat sahəsindəki gözətçidən gələn xəbərlə Ağaoğlu siçanların maşına zərər verdiyini öyrənib. Məşhur iş adamı işini bitirdikdən sonra Bodruma geri qayıdıb.
Əli Ağaoğlu siçanların avtomobilinə böyük zərər verdiyi görüb. Bildirək ki, siçan avtomobilin kompressoru və elektrik bağlantısı kabellərinin dişləyərək onu yararsız vəziyyətə gətirib. Ağaoğlu lazımi baxım və təmir üçün avtomobili İstanbula göndərib.