Hindistanda bir sutkada 40400-dən çox insan koronavirusa yoluxub.

Unikal.org xəbər verir ki, ölkədə virusa yoluxanların sayı 1 118 043-ə çatıb. Hazırda ölkədə 390 459 insan virusdan müalicə olunur, 700 086 nəfər sağalıb.

Son sutkada 681 nəfər koronavirusdan vəfat edib. Ümumilikdə bu ölkədə virus qurbanlarının sayı 27 497 nəfər təşkil edir.