Gürcüstanda yeni növ koronavirusa daha (COVID-19) 11 yoluxma halı qeydə alınıb.
Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 039 nəfərə çatıb.
Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə 5 687 nəfər karantində saxlanılır, 232 nəfər isə stasionar şəraitdə müalicə olunur. Virusa yoluxanlardan 900 nəfərin sağaldığı, 15 nəfərin isə vəfat etdiyi bildirilir.