Səudiyyə Ərəbistanı Həcc ziyarətinə tamamilə hazırdır.
Unikal.org xəbər verir ki, bu barədə Həccin təhlükəsizlik qüvvələrinin komandanı Zayed əl-Tüvaylan bildirib.
Onun sözlərinə əsasən, təhlükəsizlik qüvvələri zəvvarların təhlükəsizliyini təmin etməyə tam hazırdır. Bu il Səudiyyə Ərəbistanı 160 ölkənin vətəndaşlarını gözləyir.
“Bu, koronavirus infeksiyasının qarşısının alınması və zəvvarların müdafiəsi üçün fövqəladə tədbirlər görüləcək müstəsna mövsüm olacaq”, - deyə məmur bildirib.
Xatırladaq ki, iyunun 23-də Səudiyyə Ərəbistanı xarici zəvvarlara Həcc Ziyarətini qadağa edib. Bu il COVID-19 pandemiyasına görə, Məkkə və Mədinəyə yalnız krallığın ərazisində yaşayanlar ziyarətə gedə biləcələr.