Ermənistanda daha 104 nəfərdə koronavirus aşkarlanıb.

Unikal.org  xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb. Bununla da Ermənistanda virusa yoluxanların sayı 34 981-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 9 nəfər artaraq 650-yə çatıb. İndiyədək 23 502 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 10 620 aktiv koronavirus xəstəsi var.