Nigeriyanın Xarici İşlər naziri Onyeama koronavirusa yoluxub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, nazir Geoffrey Onyeamanın koronavirus testinin nəticəsi pozitiv çıxıb. O, bu barədə sosial media hesabından açıqlama verib və xəstəxanada həkim nəzarətində olduğunu bildirib.