İyulun 19-da saat 01 radələrində Lənkəran şəhər sakinləri 1998-ci il təvəllüdlü Ruslan Rahmanov və 2000-ci il təvəllüdlü Məhərrəməli Məmmədovun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilmələri barədə məlumat daxil olmuşdur.
Bu barədə Unikal.org-a Lənkəran rayon Prokurorluğundan məlumat verilib.
Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, o cümlədən digər təxirəsalınmaz istintaq hərəkətləri yerinə yetirilmişdir.
İlkin araşdırmalarla 1992-ci il təvəllüdlü Murad Əsədzadənin Lənkəran şəhəri, Sahil küçəsində şəxsi münasibətlər zəminində aralarında baş vermiş münaqişə zamanı üzərində olan bıçaqla Ruslan Rahmanovu qəsdən öldürməyə cəhd etməsinə, onları ayırmağa çalışan Məhərrəməli Məmmədova isə xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmişdir.
Murad Əsədzadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.