Səudiyyə Ərəbistanı Kralı Salman bin Adbuləziz əl-Səud xəstəxanaya yerləşdirilib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Kral paytaxt Ər-Riyad şəhərindəki xəstəxanada müalicə alır.
Qeyd edək ki, 84 yaşındaki Kral Salman bin Adbuləziz əl-Səud öd kisəsinin iltihabı diaqnozu ilə tibbi müayinələrdən keçib və hazırda müalicəsi davam edir.