Fransada məcburi tibbi maska rejimi tətbiq olunub. 

Unikal.org xəbər verir ki, bu barədə BFM TV məlumat verir. 

Artıq bütün örtülü müəssisələrdə, o cümlədən mağazalar, ticarət mərkəzləri, administrasiyalar, banklar və örtülü bazarlarda maska taxmaq mütləqdir. Belə ki, qanun pozuntusuna yol verənlər 135 avro məbləğində cərimə olunacaqlar.

Maska rejiminin sərtləşdirilməsi ölkədə koronavirusa yoluxanların sayının artması ilə əlaqədardır.