Rusiyada son sutka ərzində daha 5 940 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Unikal.org xəbər verir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 777 486 nəfərə çatıb. Son sutka ərzində 85 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 12 427 nəfərə çatıb.
Xəstəlikdən sağalanların sayı 553 602 nəfərdir. Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Braziliya və Hindistandan sonra dördüncü yerdə gəlir.