Suriyada işləyən iranlı tərcüməçi Mahmud Musəvi Məcd Səudiyyə, İsrail və ABŞ-ın xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunaraq edam olunub.
Unikal.org bu barədə “Fars” agentliyinə istinadən yazır.
Bildirilir ki, o, Suriyadakı İran hərbçilərinin tərkibi, silahlanması və bağlantı sistemləri barədə Ər-Riyad, Mossad və MKİ-nə informasiya verib.
İranlının edam olunmasına səbəb xarici xüsusi xidmət orqanlarına general Qasım Süleymanlının mövqeyi barədə məlumat verməyi və bunun da nəticəsində onun ABŞ tərəfindən öldürülməyi olub.