Amerikanın paytaxtı Vaşinqtonda ermənilər Azərbaycan səfirlyinin önündə etiraz aksiyası təşkil ediblər.  

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, etiraz zamanı azərbaycanlılar da səfirliyin önünə toplanıblar. Onlar “Yaşasın Azərbaycan, yaşasın millətimiz, yaşasın dövlətimiz, yaşasın birliyimiz” və “Şəhidlər ölməz, vətən bölünməz” şüarları ilə ermənilərin aksiyasına etiraz ediblər.