Fransa Prezidenti Emmanuel Makron Avropa İttifaqının sammitinin gedişatı zamanı telefonla danışdığı üçün Avstriyanın Baş naziri Sebastyan Kurtsu hər kəsin önündə qınayıb.
Unikal.org xəbər verir ki, bu barədə “Politico” yazır.
Bildirilir ki, xoşagəlməz hal büdcənin müzakirəsi zamanı baş verib. Kurts zəngə cavab vermək üçün aralanıb. Bunu görən Makron masaya yumruq vuraraq, avstriyalı həmkarını hörmətsizlikdə ittiham edib.
“Görüsünüz? Onun vecinə deyil. O, başqalarını dinləmir, kefi yoxdur”, - nəşr Makronun sözlərini sitat gətirib.
Qeyd edilir ki, Kurts Makronun atmacasından təhqir olunub.