Rusiyanın NTV kanalında “hava proqnozu”nun aparıcısı, uzun müddət xərçənglə mübarizə aparan Aleksandr Belyayev 71 yaşında ölüb.
Unikal.org xəbər verir ki, bu barədə “Twitter”də teleaparıcı Andrey Malaxov məlumat yayıb.
“Aleksandr Belyayev öldü – hava proqnozunu kiçik bir şouya çevirən adam”, - deyə Malaxov qeyd edib.
İyulun əvvəlində Belyayev xərçəng şişinin aradan qaldırılması üçün əməliyyat keçirdiyini söyləyib. Aparıcının sözlərinə görə, təcili müayinə zamanı beş santimetrlik bir şiş aşkarlanıb. Belyayev ağciyərində deyil, düz bağırsağında xərçəng olduğunu etiraf edib.
Həkimlər Belyayevə on səkkiz il əvvəl onkoloji xəstəlik diaqnozu qoymuşdular, lakin o, uzun müddət diaqnozu gizli saxlamışdı.
Aleksandr Belyayev coğrafiyaşünas-hidroloq, coğrafiya üzrə fəlsəfə doktoru və NTV kanalında bir neçə televiziya proqramının, o cümlədən xəbər buraxılışının sonunda çıxan hava proqnozunun aparıcısıdır.
Onun 2011-ci ildə ağciyər xərçəngi diaqnozu qoyulduğu bildirilib.
Belyayev bir neçə əməliyyat keçirib. Müsahibədə anası və həyat yoldaşının xərçəngdən öldüyünü söyləyib.