Qazaxıstanın Almatı şəhərində mənzildə 15 yaşlı qızın cinsi təcavüzə məruz qalması xəbərdarlığından sonra Bakytjan Bəkirov və Meyir Nesipbay adlı polis əməkdaşları hadisə yerinə gediblər.

Unikal.org xəbər verir ki,  hadisə yerinə gələn polis əməkdaşları pedofiliya xəstəsi olduğu bildirilən şübhəlinin izinə düşüblər. Şübhəli şəxs polislərdən qurtulmaq üçün 15-ci mərtəbədən atlayıb. 

Bu zaman 30 metr hündürlükdəki 13-cü mərtəbədən polis məmuru Bəkirovda onun arxasıyca atlanıb. Ayağından böyük zədə görən, Bəkirov cinayətkar  şəxsi  tuta bilib.  

Belə ki, aidiyyatı qurumlar şübhəlini saxlayaraq polis bölməsinə aparıb. Şübhəli gənc qızın evindən 13 min manat oğurlamaqda və 4 yaşlı qardaşına qarşı zor tətbiq etməkdə də ittiham olunub. Barəsində cinayət işi açılıb.

 Polis məmuru isə xəstəxanaya yerləşdirilib.  Atlayarkən ağır yaralanan Bəkirov ayağından üç əməliyyat keçirdiyini bildirib. 

“O anda düşündüm ki, onu yaxalamaq lazımdır. Bundan başqa başqa heç nə düşünmədim və yeganə məqsədim cinayətkarı tutmaq idi” -  deyə   bildirən Bəkirov “cəsarət medalı” ilə təltif edilib.