İtaliyanın cənubunda yerləşən Stromboli vulkanı püskürüb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, yerləşdiyi ada ilə eyni adı daşıyan vulkanın partlaması lentə alınıb. Görüntülərdə vulkanın püskürməsi və daha sonra ətrafa yayılan lavalar görünür.
Tez-tez püskürməsi səbəbindən ortaya çıxan işıq nəticəsində "Aralıq Dənizinin fənəri" də adlandırılır.
Püskürmə nəticəsində itkilərin olmadığı və ətrafa zərər dəymədiyi bildirilib.