Birləşmiş Ərəb Əmirlikləri hava şəraiti və iqlim vəziyyətini araşdırmaq məqsədilə Marsa peyk göndərib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, 1,3 tonliq Hope (Ümid) adlı peyk Yaponiyanın Taneqaşima bazasından H-2A raketi ilə göndərilib. Peyk 500 milyon kilometr yol qət edərək, 2021-ci ilin fevralında BƏƏ-nin müstəqilliyinn 50-ci ildönümündə Marsa çatacaq.