Misir Parlamenti fövqəladə vəziyyət rejiminin ölkə daxilində daha 3 ay uzadılmasını təsdiqləyib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Misir rəsmi agentliyi MENA-nın verdiyi xəbərə görə, prezident Əbdülfəttah əs-Sisinin fövqəladə vəziyyətinin bütün ölkədə daha 3 ay uzadılması ilə bağlı qərarı parlament tərəfindən səs çoxluğu ilə qəbul edilib.
Belə ki, 13-cü dəfə uzadılan fövqəladə vəziyyət rejiminin 27 iyul 2020-ci ildə qüvvəyə minəcəyi elan edilib.