İtaliyanın paytaxtı Roma şəhərində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə etiraz olaraq böyük aksiya keçirilib.

Unikal.org xəbər verir ki, Romada İtaliya Parlamentinin qarşısında toplaşan soydaşlarımız Ermənistanın Azərbaycanla sərhəddə, Tovuz rayonunda törətdiyi hərbi təxribatları pisləyib, eləcə də Ordumuza dəstək nümayiş etdiriblər.

Bundan əlavə, aksiya iştirakçıları Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqe sərgiləyən italiyalı deputatlara öz təşəkkürlərini bildiriblər.