Ukrayna Prezidenti Vladimir Zelenski ölkənin koronavirus infeksiyasının ikinci dalğasına hazır olduğunu, ancaq bunun baş verməyəcəyini hesab etdiyini bildirib.

Unikal.org xəbər verir ki, bu barədə dövlət başçısının ofisinin mətbuat xidməti məlumat yayıb.

Ukrayna lideri bildirib ki, hazırda ölkədə koronavirusun yayılması ilə bağlı heç bir kritik vəziyyət yoxdur:

“Sağalanların sayı 50%-i keçib. İkinci dalğa üçün hazırıq, amma ümid edirik ki, o, bizdən yan keçəcək”, - deyə o, bildirib.