İranın neft naziri Bijen Namdar Zengene, hazırda heç bir ölkənin İranla əməkdaşlıq etmədiyini söyləyib.
Unikal.org xəbər verir ki, Rəsmi İran xəbər agentliyi İRNA-nın verdiyi məlumata görə, ölkənin cənubundakı qaz yataqlarında görülən işlər barədə mətbuata məlumat verən nazir Zengene, "Ferzad B qaz yatağı müqaviləsi bir İran şirkəti ilə ən qısa müddətdə imzalanacaqdır. Hazırda heç bir ölkə hər hansı bir məsələ ilə bağlı bizimlə əməkdaşlıq etməyə hazır deyil"- deyə ifadəsində işlədib.
Bu il ölkədə neft-kimya məhsullarının istehsalının 25 milyon tona çatdığına diqqət çəkən Zengene, qeyd olunan ərazidə ixrac baxımından yaxşı vəziyyətdə olduqlarını, lakin ABŞ-ın sanksiyaları səbəbiylə detalları paylaşa bilmədiklərini bildirib.