BMT-nin baş katibi Antoniu Quterreş Ermənistan və Azərbaycan arasında artan gərginlikdən ciddi narahatdır.

Unikal.org  "TASS"a istinadən xəbər verir ki, bunu BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Cüjarrik deyib.

Onun sözlərinə görə, Quterreş Azərbaycanla Ermənistan arasındakı gərginliyi dərin narahatlıqla izləyir: "O, hər iki tərəfi maksimum təmkinli olmağa çağırır. İki ölkə arasında tammiqyaslı münaqişə fəlakət olar".