Ermənitanın Sevan-Hrazdan Su Elektrik Stansiyasında (SES) yanğın olub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Argeldə yerləşən SES binasının qarşısında yerləşən "T-4" hidrotexniki qurğunun 2 güc transformatorunda partlayış səbəbindən yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Transformatorların hər birində 8 ton yağ olub. Yanğınsöndürənlər yanğının digər 10 transformatora yayılmasının qarşısını alıb.