İndoneziyanın Cənubi Sulavesi əyalətində güclü yağış səbəbindən meydana gələn seldə ölənlərin  nə itkin düşənlərin sayı artıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ötən həftə vilayətin Şimali Luvu bölgəsində meydana gələn seldən sonra axtarış və xilasetmə işlərində daha 13 cansız cəsəd tapılıb.  

Daşqından həyatını itirənlərin sayının 38-ə çatdığını açıqlayan səlahiyyətlilər, yaxınlarının bildirişlərinə görə itkin düşənlərin sayının 11 olaraq yenilənməsi ilə əlaqədar məlumat paylaşıb. 

50 mindən çox insana təsir etdiyi bölgədə 9 məktəb, 13 məscidə və 4 min 202 evə ziyan dəyib. 

Bölgədə  axtarışlar davam edir.