Böyük Britaniyanın Baş naziri Boris Conson bu ilin sonuna qədər koronavirusa qarşı effektiv peyvəndin əldə olunacağına dair söz verə bilməyəcəyini deyib.
Unikal.org xəbər verir ki xarici KİV-ə istinadən xəbər verir ki, Conson hələ o mərhələyə gəlinmədiyini söyləyib.
“Bu il və ya gələn il peyvənd əldə edə biləcəyimizdən yüz faiz əmin olduğumu söyləmək, təəssüf ki, sadəcə şişirtmə ola bilər. Hələ ki, o mərhələyə gəlmədik”, - Conson bildirib.
Qeyd edək ki, Oksford Universiteti ilə “AstraZeneca” dərman şirkətinin birlikdə yeni tip koronavirusa qarşı hazırladığı peyvəndlə bağlı müsbət nəticələrin əldə olunacağı gözlənilirdi. Peyvənd kliniki sınaqların 3 mərhələsindən keçib.