İraqın devrilmiş lideri Səddam Hüseynin son müdafiə naziri olan Sultan Həsən vəfat edib.
Unikal.org xəbər verir ki, ölkənin cənubundakı Ən-Nasriye şəhərindəki Əl-Hut həbsxanasında həbsdə olan Sultan Haşim infarktdan həyatını itirib.
"Keçmiş müdafiə naziri Haşim, bu axşam Əl-Hut Həbsxanasında sağlamlığının pisləşməsi səbəbindən həyatını itirdi" - deyə Sağlamlıq İdarəsinin səhiyyə köməkçisi Casim es-Saadi məlumat paylaşıb.
Saadi Haşimin bir neçə ildir bir çox xroniki xəstəliklərdən əziyyət çəkdiyini də bildirib.