Braziliyanın Təhsil naziri Milton Ribeyru və Mülki Hüquqlar naziri Oniks Lorençoni koronavirusa yoluxduqlarını bəyan ediblər.
Bu barədə Unikal.org RİA “Novosti”yə istinadən xəbər verir.
Qeyd olunub ki, hər iki nazirin COVID-19 üçün götürülən analiz nümunələri bu gün müsbət çıxıb.
62 yaşlı Milton Ribeyru keçən həftə nazir vəzifəsinə təyin edilib, Braziliya prezidenti Jair Bolsonaru ilə görüşdüyü üçün koronovirusla bağlı test verib. Onlar görüşdüyü zaman hələ Braziliya prezidentinin COVID-19-a yoluxduğu məlum deyildi.