“WhatsApp”ın fəaliyyətində ciddi nasazlıq müşahidə edilir.
Unikal.org xəbər verir ki, sosial şəbəkə istifadəçiləri yazıların göndərilməsində çətinliklərlə üzləşiblər.
Ən çox şikayətlər Braziliya, Meksika, Çili, Argentina, eləcə də İndoneziya və Malayziyadan daxil olub. Az sayda şikayət ABŞ, Kolumbiya və Honkonqda qeydə alınıb.
“Downdetector” saytının məlumatına görə, sosial şəbəkə istifadəçilərinin bir qismi bu internet resurslara girə bilməmələrindən, bir qismi isə yazıların göndərilməsində və qəbul edilməsində ciddi problemlərin olması ilə bağlı şikayət ediblər.